Dünya
Çində maraqlı xidmət növü: "Böyük bacı" icarəsi işə düşüb
Çində artıq özünə "böyük bacı" icarəyə götürmək mümkündür. Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Məlumata görə, 30-40 yaşlı qadınlar yeni bir biznes sahəsi yaradıblar. Onlar müəyyən ödəniş qarşılığında gənc qızlar üçün "böyük bacı" rolunu oynayırlar: onları dinləyir, münasibətlər barədə məsləhətlər verir, həyat təcrübələrini bölüşür və ya sadəcə onlara yoldaşlıq edirlər. Bildirilir ki, gənclər öz narahatlıqları barədə tanımadıqları "böyük bacı"ya danışmağı daha asan hesab edirlər. Çünki həmin şəxslər onları mühakimə etmir, onlara təzyiq göstərmir və nəsihət vermirlər. Bəzi qadınlar bu xidmət üçün saatda 20 dollardan 40 dollaradək pul alır, digərləri isə gənclərdən yalnız birlikdə içilən qəhvənin və ya şam yeməyinin pulunu ödəməyi xahiş edir.
Mənbə
oxu.az