Dünya

Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ

23 Jun 2026, 03:00 2 baxış
Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ
Alimlər dünyanın bir sıra regionlarında ərzaq təhlükəsizliyinə və əhalinin sağlamlığına ciddi təhlükə yarada biləcək "El-Ninyo" iqlim hadisəsinin yenidən baş verməsindən narahatdırlar. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yazıb. Araşdırmalar göstərir ki, Efiopiyada malyariya xəstəliyinin yayılması ilə "El-Ninyo" arasında birbaşa əlaqə var. Alim Voyessa bildirib ki, iqlim dəyişikliyinin fəsadlarını minimuma endirmək üçün əhalinin ərzaqla təminatı həlledici rol oynayır. Onun sözlərinə görə, ərzaq tədarükündə yaranan fasilələr xüsusilə həssas qrupdan olan insanların vəziyyətini daha da ağırlaşdırır. ABŞ-nin Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin (NOAA) proqnozuna görə, "El-Ninyo"nun ilin sonuna qədər pik həddə çatması ehtimalı 63%-dir. Avstraliya Meteorologiya Bürosu da ekstremal istilərin güclənəcəyi və meşə yanğınlarının artacağı barədə xəbərdarlıq edib. Mütəxəssislər xatırladırlar ki, "El-Ninyo" əvvəlki illərdə bir çox regionda ağır iqtisadi və humanitar böhranlara səbəb olub. Bu il gözlənilən kəskin temperatur fərqlərinə əsaslanan bəzi alimlər isə bu təbiət hadisəsini qeyri-rəsmi olaraq "super El-Ninyo" adlandırırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər