Dünya
Litva Müdafiə Nazirliyi 3 milyon avroluq dron müsabiqəsi elan edib
Litvada hava obyektlərini ələ keçirmək üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının hazırlanması məqsədilə 3 milyon avro büdcəli müsabiqə elan edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "İyulun 10-dək Müdafiə Resursları Agentliyi həyata keçirilməsi üçün 3 milyon avro ayrılmış layihədə iştirak etmək istəyənlərin müraciətlərini qəbul edəcək", - deyə məlumatda bildirilib. Layihənin icrası iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müsabiqə əsasında üç namizəd seçiləcək və onlar hava obyektlərini ələ keçirmək üçün nəzərdə tutulmuş dronun prototipini hazırlayacaqlar. İkinci mərhələdə isə həmin texnologiyanın sınaq məqsədli partiyasının satın alınması planlaşdırılır.
Mənbə
oxu.az