Dünya
Tramp: "Nüvə silahı iqtisadi böhrandan daha təhlükəlidir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qlobal iqtisadi böhran riski və Tehranla hərbi əməliyyatların yenidən başlanması ehtimalını qəbul etməyə hazırdır. Oxu.Az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. "Nüvə silahı iqtisadi böhrandan daha təhlükəlidir. İqtisadi böhran həqiqətən çox pisdir. Nüvə silahı isə daha ağır nəticələrə, hətta depressiyaya daha sürətlə gətirib çıxara bilər. Bizim atdığımız addımlar isə əksinə, böhranın qarşısını almağa yönəlib", - deyə ABŞ lideri bildirib. Tramp vurğulayıb ki, əgər İran əldə olunan razılaşmalara əməl etməsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Vaşinqton əlavə addımlar atmağa hazır olacaq. "Əgər İran razılaşmaya əməl etməsə, özünü lazımi qaydada aparmasa, mən etməli olduğumu edəcəyəm", - deyə ABŞ Prezidenti əlavə edib.
Mənbə
oxu.az