Dünya

Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub

23 Jun 2026, 00:34 1 baxış
Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hesab edir ki, Vaşinqton və Tehran Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəlməyə nail olublar. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. "Biz təkcə Hörmüz boğazının açıq qalmasını deyil, həm də onun gələcəkdə də açıq saxlanılmasını təmin edəcək mexanizm yaratmışıq", - deyə Cey. Di. Vens İsveçrənin Bürgenştok şəhərində İran nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. Vitse-prezident qeyd edib ki, hazırda Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 15 milyon barel neft nəql olunur. Onun fikrincə, bu amil dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə təsir göstərəcək. "İkincisi, biz regional atəşkəsi təmin etmək və qaçılmaz olaraq yarana biləcək münaqişələri nəzarətdə saxlamaq üçün düzgün mexanizm formalaşdırmışıq. Atəşkəsin qorunması məqsədilə israillilərdən tutmuş Fars körfəzi ölkələrindəki ərəb müttəfiqlərimizə qədər bütün tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Mövcud vəziyyətlə bağlı kifayət qədər nikbinik", - deyə Vens vurğulayıb. Xatırladaq ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib.
Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub
Mənbə oxu.az

Oxşar Xəbərlər