İdman

“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı

23 Jun 2026, 00:55 2 baxış
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la TNS (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.


Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


Qeyd edək ki, bu, “Sabah”ın tarixində UEFA Çempionlar Liqasındakı ilk oyunları olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər