İdman
"Mançester Yunayted" yeni stadionun tikintisi üçün torpaq sahəsi alıb - FOTO
"Mançester Yunayted" yeni stadionun tikintisi üçün torpaq sahəsini mülkiyyətinə keçirib. Oxu.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Klub ev oyunlarını keçirdiyi "Old Trafford"dan təxminən 350 metr şimal-qərbdə yerləşən 25 akr (təxminən 10 hektar) sahəsi olan torpaq sahəsi əldə edib. Bildirilir ki, yeni stadionun tutumu 100 min yerlik olacaq.
Qeyd edək ki, "Old Trafford" 1910-cu ildə açılıb və onun tutumu 74 mindən bir qədər çox tamaşaçı təşkil edir. Stadion 1966-cı il dünya çempionatının oyunlarına, 1996-cı il Avropa çempionatının qarşılaşmalarına və "Milan"ın "Yuventus"a qalib gəldiyi 2003-cü il Çempionlar Liqasının finalına ev sahibliyi edib.

Mənbə
oxu.az