Dünya

Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açılıb

22 Jun 2026, 21:54 3 baxış
Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açılıb
İranın Zəncan əyalətində yanvar etirazları və 40 günlük müharibə ilə bağlı 1000 nəfər barəsində cinayət işi açılıb. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyəti məlumat yayıb. Onların media və hökumətə qarşı təbliğatla aksiyaların keçirilməsində rol oynadıqları və təşkilatçılıq etdikləri bildirilib. Bununla yanaşı, Sistan və Bəluçistan əyalətində 111 və Mazandaran əyalətində isə 700 nəfərə qarşı da ittihamlar irəli sürülüb. Müttəhimlərdən bəzilərinin xarici ölkələrdə yaşadığı qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər