İdman

İran millisi Belçika ilə oyundan sonra ismarış qoydu - Foto

22 Jun 2026, 21:01 9 baxış
İran millisi Belçika ilə oyundan sonra ismarış qoydu - Foto

İran millisinin futbolçuları 2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika yığması ilə keçirilən və 0-0 hesabı ilə başa çatan oyundan sonra paltardəyişmə otağında duyğusal ismarış qoyublar.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.


"Min illər əvvəlki qədim Persiyadan bugünkü sivilizasiyaya qədər İranın ruhu yaşayır və güclü olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq. Qonaqpərvərliyə görə təşəkkür edirik, Los-Anceles! Və bu iki oyun ərzində qəlbini, səsini və ruhunu ortaya qoyan hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, hörmət və dostluq hökm sürsün", - deyə nəşr futbolçuların ismarışından sitat gətirib.


Qeyd edək ki, İran millisi 2026-cı il dünya çempionatındakı ilk iki oyununda heç-heçə edib. Komanda əvvəlcə Yeni Zelandiya ilə 2-2, daha sonra isə Belçika ilə 0-0 hesablı bərabərliyə razılaşıb.


Üçüncü turda İran yığması hazırda G qrupuna başçılıq edən Misirlə qarşılaşacaq. Oyun iyunun 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər