İdman

Messi DÇ-2026-da yeni rekorda imza atdı

22 Jun 2026, 21:54 3 baxış
Messi DÇ-2026-da yeni rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında ən çox qol vuran oyunçu statusuna yiyələnib.


Axar.az xəbər verir ki, Messi buna hazırda Avstriya ilə keçirilən matçda fərqlənməklə nail olub.


Belə ki, bu qol Messi üçün dünya çempionatlarındakı 17-ci qol olub. O, 2014-cü ildən bu reytinqə başçılıq edən Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozeni (16 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.


Qeyd edək ki, hazırda ilk hissəsi başa çatan oyunda Argentina Avstriyanı 1-0 məğlub edir.

Mənbə axar.az

Oxşar Xəbərlər