Dünya
ABŞ İran neftinin satışı və tədarükü üçün yeni lisenziya verdi
ABŞ iranmənşəli neftin və neft məhsullarının istehsalı, tədarükü, satışı və digər əlaqəli əməliyyatlara icazə verən lisenziya təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi yeni sənəddə məlumat verilib. Sənəddə bildirilir ki, iranmənşəli neftin, neft-kimya məhsullarının və ya neft məhsullarının istehsalı, satışı, tədarükü və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara 21 avqust 2026-cı il tarixində ABŞ-nin Şərq sahili vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 09:01-dək - red.) icazə verilir. Bundan əlavə, sənəddə ABŞ-yə tədarüklə bağlı əməliyyatların da icazə verilən fəaliyyətlər sırasına daxil edildiyi qeyd olunur. Həmçinin İrana, İran hökumətinə və ya bloklanmış hər hansı şəxsə iranmənşəli neft, neft-kimya məhsulları və ya digər neft məhsullarının alınması üçün ediləcək ödənişlərin ABŞ dolları ilə həyata keçirilməsinə də icazə verilir.
Mənbə
oxu.az