Dünya

Ermənistan hökuməti Karapetyanın şirkətini dövlət nəzarətinə götürməyə hazırlaşır

22 Jun 2026, 19:58 3 baxış
Ermənistan hökuməti Karapetyanın şirkətini dövlət nəzarətinə götürməyə hazırlaşır
Ermənistan hökuməti rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin səhmlərinin 100 faizinin "ictimai prioritet maraq" kimi tanınmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Oxu.Az xəbər verir ki, müvafiq sənəd Ermənistanın hüquqi aktlar layihələri portalı olan e-draft.am saytında dərc olunub. Sənəddə bildirilir: "Ermənistan Respublikasının hökuməti qərara alır ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin səhmlərinin (payının) 100 faizi ilə bağlı ictimai prioritet maraq tanınsın. Müəyyən edilsin ki, həmin səhmləri (payı) əldə edən tərəf Ermənistan Respublikasıdır və onun adından ərazi idarəetmə və infrastruktur naziri çıxış edir". Dərc olunmuş qanun layihəsinin müzakirə tarixi hələ müəyyən edilməyib. Qeyd edək ki, 2025-ci il iyunun 18-də "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi, həmçinin bu qrupa daxil olan və Ermənistanda elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin sahibi Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, əvvəlcə iki ay müddətinə həbs edilib, daha sonra bu müddət uzadılıb. Bu ilin yanvarın 18-də isə biznesmen ev dustaqlığına keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər