Dünya

Hindistanda tədris mərkəzində yanğın: 14 nəfər öldü – FOTO - VİDEO

22 Jun 2026, 17:36 10 baxış
Hindistanda tədris mərkəzində yanğın: 14 nəfər öldü – FOTO - VİDEO
Hindistanın Uttar-Pradeş ştatının Lakhnau şəhərində yerləşən tədris mərkəzində baş verən güclü yanğın nəticəsində azı 14 nəfər həyatını itirib. Oxu.Az ANI agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın baş nazirinin müavini Braceş Pathak jurnalistlərə məlumat verib. Alovlanma anında binanın daxilində 16-17 yaşlı şagirdlər olub.

Hadisə zamanı bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sosial şəbəkələrdə gənclərin qatı tüstüdən və oddan xilas olmaq məqsədilə pəncərələrdən aşağı atıldığını əks etdirən kadrlar yayılıb. Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürənlər fəaliyyət göstərir. Binadan onlarla insan təxliyə edilib. Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən istintaq başlanılıb.
{{gallery}}
Hindistanda tədris mərkəzində yanğın: 14 nəfər öldü – FOTO - VİDEO Hindistanda tədris mərkəzində yanğın: 14 nəfər öldü – FOTO - VİDEO Hindistanda tədris mərkəzində yanğın: 14 nəfər öldü – FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər