İdman

Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO

22 Jun 2026, 14:52 12 baxış
Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada təşkil olunan nüfuzlu "Bosnia Open" beynəlxalq turnirində uğurlu çıxışla yadda qalıb. Oxu.Az xəbər verir ki, təmsilçilərimiz turnirdə bir qızıl, iki gümüş və dörd bürünc medal olmaqla, ümumilikdə 7 mükafat əldə ediblər. Beynəlxalq turnirdə Azərbaycan Taekvondo Federasiyasının tabeliyindəki fərqli klubları təmsil edən gənc və yeniyetmə döyüşçülər tatami üzərində öz məharətlərini nümayiş etdiriblər. Turnirin ən yüksək pilləsinə "Atlet" TK-nın gənc nümayəndəsi Allahverdi Məmmədov (+78 kq) qalxaraq qızıl medala sahib olub. Yeniyetmələrin mübarizəsində isə "Altay" TK-dan Aliyə Məmmədli (+59 kq) və "Alpman" TK-dan Sadiq Məmmədzadə (53 kq) həlledici mərhələyə qədər irəliləyərək gümüş mükafata layiq görülüblər. Bürünc medalları isə aktivimizə "Asiman" TK-nı təmsil edən Zəhra Vəliyeva (59 kq, gənclər), "Alpman" TK-dan Sübhan Rzayev (41 kq, yeniyetmələr), eləcə də DGK İSM-in yetirmələri Məhəmməd Bağırov (33 kq, yeniyetmələr) və Rəsul İsmayılov (59 kq, gənclər) yazdıraraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
{{gallery}}
Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO Beynəlxalq turnirdə möhtəşəm nəticə: İdmançılarımız yeddi dəfə fəxri kürsüyə qalxdılar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər