Dünya

Pakistan Hindistanı müharibə ilə hədələdi

22 Jun 2026, 13:40 12 baxış
Pakistan Hindistanı müharibə ilə hədələdi
Pakistan Hind çayının sularının birgə istifadəsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etməsi səbəbindən milli su təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə Hindistana müharibə elan edə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "ARY News" Pakistan İslam Respublikasının müdafiə naziri Xavaca Məhəmməd Asifin açıqlamasına istinadən məlumat yayıb. "Milli təhlükəsizliyimizə təhlükə yaranan kimi biz Hindistanla müharibəyə başlayacağıq", - deyə nazir bildirib. Müdafiə naziri əlavə edib ki, Hindistanın suyu silah kimi istifadə edərək Pakistanın su təchizatını pozmaq üçün həyəcanverici sürətlə hərəkət etdiyinə dair konkret dəlillər olarsa, İslamabad hərbi əməliyyatları nəzərdən keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər