Dünya

İsveçrədə əksəriyyət konstitusiya dəyişikliyini dəstəkləmədi

22 Jun 2026, 03:31 3 baxış
İsveçrədə əksəriyyət konstitusiya dəyişikliyini dəstəkləmədi
İsveçrə vətəndaşlarının əksəriyyəti İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsü ilə ölkə Konstitusiyasında daimi neytrallığın təsbit edilməsi ideyasını dəstəkləməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sorğu nəticələrinə istinadən məlumat yayıb. Agentliyin "Tamedia" mediaholdinqinin araşdırmasına əsasən, respondentlərin yalnız 34 faizi bu təşəbbüsü dəstəkləyib. Sorğuda iştirak edənlərin təxminən 54 faizi isə onun əleyhinə çıxıb. Məsələ ilə bağlı referendumun sentyabrın 27-də keçirilməsi planlaşdırılır. "Bloomberg" qeyd edir ki, İsveçrə hökuməti və parlamenti də daimi neytrallığın Konstitusiyada təsbit edilməsinin əleyhinədir. Belə ki, SVP bu təşəbbüsü ölkənin 2022-ci ildə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasından sonra irəli sürüb. Təklif olunan müddəa, xüsusilə də müharibə şəraitində olan ölkələrə qarşı iqtisadi təzyiq tədbirlərinin tətbiqini qadağan etməyi nəzərdə tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər