Dünya

Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib

22 Jun 2026, 01:24 3 baxış
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
Kuba inqilabının iştirakçılarından, eləcə də Fidel Kastro və Raul Kastronun ən yaxın silahdaşlarından biri olan Ramiro Valdes Menendes vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel məlumat verib. "İnqilab komandanı Ramiro Valdes Menendesin vəfatı mənim üçün ata itkisi qədər dərin bir ağrıdır", - deyə o, "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. Ramiro Valdes Menendes 1932-ci il aprelin 28-də anadan olub. O, Kuba inqilabında fəal iştirak edib və Fulsensio Batista rejiminə qarşı aparılan partizan mübarizəsinin ön sıralarında yer alıb. Valdes Menendes uzun illər ölkənin silahlı qüvvələrində və hökumətində müxtəlif yüksək vəzifələrdə çalışıb, həmçinin Kuba Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olub. Xidmətlərinə görə o, "Kuba Qəhrəmanı" və "Kuba Respublikası Əmək Qəhrəmanı" fəxri adlarına layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər