Dünya

Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü

22 Jun 2026, 00:24 2 baxış
Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü
Ermənistan Konstitusiya Məhkəməsi yeddi partiya və blokun iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını icraata qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat yayılıb. "Konstitusiya Məhkəməsi 2026-cı il iyunun 21-də keçirilən işçi iclasında "Güclü Ermənistan" bloku, "Birlik Qanadları" Partiyası, "Demokratiya, Qanun, Nizam-intizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı" bloku, "Ermənistan" bloku və "Yeni Güc" Partiyasının Ermənistan Respublikasının Milli Məclisinə 2026-cı il iyunun 7-də keçirilmiş növbədənkənar seçkinin nəticələrinin yekunlaşdırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarına dair müraciətlərini icraata qəbul edib", - deyə məlumatda bildirilir. Qeyd olunub ki, bütün müraciətlər bir icraatda birləşdirilib və işə iyunun 26-da saat 11:00-da keçiriləcək məhkəmə iclasında baxılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər