Dünya
Cenevrədə gərgin anlar: İran heyəti ABŞ nümayəndələri ilə əlsıxmadan və birgə fotodan imtina etdi - VİDEO
İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar zamanı İran nümayəndə heyəti ABŞ nümayəndələri ilə birgə foto çəkdirməkdən və əlsıxma mərasimində iştirak etməkdən imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyəti və görüşün təşkilatçıları danışıqlar başlamazdan əvvəl tərəflərin iştirakı ilə əlsıxma mərasimi keçirməyi, birgə foto çəkdirməyi və tədbiri canlı yayımlamağı planlaşdırıblar. Lakin İran nümayəndə heyətinin rəhbəri və üzvləri bu təşəbbüsə etiraz edərək ABŞ nümayəndələri ilə fotosessiyada iştirak etməyəcəklərini bildiriblər. Mənbənin sözlərinə görə, İran tərəfinin bu mövqeyindən sonra canlı yayım və foto çəkilişi İran nümayəndə heyətinin iştirakı olmadan həyata keçirilib. Daha sonra İran nümayəndələri danışıqların keçirildiyi zala daxil olublar. Bildirilir ki, ABŞ nümayəndə heyəti İran tərəfindən jurnalistlərin görüş yerini tərk etməsi üçün əlavə vaxt ayrılmasını da istəyib. Bundan sonra danışıqlar qapalı formatda davam etdirilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər