Dünya

Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi - VİDEO

21 Jun 2026, 17:24 2 baxış
Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi - VİDEO
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. "Son bir neçə saat ərzində biz artıq böyük irəliləyişə nail olmuşuq. Hesab edirəm ki, biz yaxın vaxtlarda əlavə nəticələr də əldə edəcəyik. Vaşinqton administrasiyası hesab edir ki, son günlərdə Livanda atəşkəsin təmin olunması istiqamətində irəliləyişlər müşahidə olunur. Livanla bağlı işlərin gedişatından çox məmnunam. Görüləsi əlavə işlər var, lakin biz bu fəaliyyəti davam etdirəcəyik", - deyə Vens ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqların keçirildiyi İsveçrənin Bürgenştok şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, həmçinin qeyd edib ki, İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında aparılan danışıqlar bütün ixtilafları tənzimləməyə imkan verməsə də, iştirakçılara hər bir tərəf üçün ən mühüm olan məsələləri aydınlaşdırmaq fürsəti yaradacaq: "Bu gün texniki danışıqların başlanğıcı qoyuldu. Bu danışıqlar bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin tarixdə ilk dəfə olaraq bizə komandalar şəklində birgə əyləşmək, tərəflər üçün nəyin daha böyük əhəmiyyət kəsb etdiyini anlamaq, bu məsələləri tənzimləmək, həll etmək və daha yaxşı gələcəyə doğru irəliləmək imkanı verəcək". Xatırladaq ki, daha əvvəl Qətər XİN İsveçrədə Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların başladığını elan etmişdi.
Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər