İdman
"Qarabağ" Bədavi Hüseynovla müqavilənin müddətini uzatdı
"Qarabağ" futbol klubu müdafiəçi Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə birillik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın heyətində yer alacaq. Qeyd edək ki, 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda beş qol vurub. O, 11 dəfə Azərbaycan çempionu, beş dəfə ölkə Kubokunun qalibi olub, millidə 82 matçda bir dəfə fərqlənib.
Mənbə
oxu.az