İdman
Minifutbolumuz necə dünya zirvəsinə qalxdı? - "TOP-al"da çempionla müzakirə - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında Avropa və dünya çempionu, Azərbaycan minifutbol millisinin üzvü Xətai Bağırov qonaq olub. Verilişdə Azərbaycan minifutbolunun son illərdə qazandığı böyük uğurlar, Avropa və dünya çempionluğuna gedən yol və bu nəticələrin arxasındakı əsas amillər müzakirə olunub.
Podkast zamanı "Azərbaycan minifutbolu necə oldu ki, belə qısa zamanda dünya səviyyəsində uğur qazandı?", "Böyük futbol və minifutbol arasında əsas fərqlər nələrdir?" kimi aktual suallara cavab axtarılıb. Həmçinin milli komandanın uğur sirri, beynəlxalq turnirlərdə təcrübə və Azərbaycan futbolunun ümumi inkişaf problemləri də müzakirə olunub. Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da Azərbaycan futbolunun və idmanının tanınmış simalarının iştirakı nəzərdə tutulur.

Mənbə
oxu.az