İdman

Azərbaycan boksçusu Dünya Kubokunda qalib gəldi

21 Jun 2026, 14:00 2 baxış
Azərbaycan boksçusu Dünya Kubokunda qalib gəldi
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, hər 3 raundu xeyrinə başa vuran Cəfərov Dünya Kubokunda qızıl medala yiyələnib. Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını bir qızıl və iki bürünc medalla başa vurub. Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominges (90 kq) bürünc mükafat qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər