İdman

Messinin ən hündür heykəlinin açılışı olub - FOTO - VİDEO

21 Jun 2026, 09:32 1 baxış
Messinin ən hündür heykəlinin açılışı olub - FOTO - VİDEO
Argentinada "Qızıl top" mükafatının səkkizqat sahibi və futbol üzrə dünya çempionu Lionel Messinin ən hündür heykəlinin açılışı baş tutub. bu barədə "TyC Sports" telekanalına istinadən xəbər verir.
Abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Layihənin müəllifi heykəltaraş Aldo Beroidir. Bu heykəl Hindistanda Messiyə həsr olunmuş 21 metr hündürlüyündəki abidəni geridə qoyub. Qeyd edək ki, Messinin 38 yaşı var, o, 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. Avropada argentinalı oyunçu PSJ və "Barselona" klublarında oynayıb. "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə klublararası dünya çempionatının qalibi olub. Hücumçu dünya çempionu (2022), dünya birinciliyinin gümüş mükafatçısı (2014), Olimpiya çempionu (2008) və Amerika Kubokunun ikiqat sahibidir (2021, 2024).
{{gallery}}
Messinin ən hündür heykəlinin açılışı olub - FOTO - VİDEO Messinin ən hündür heykəlinin açılışı olub - FOTO - VİDEO Messinin ən hündür heykəlinin açılışı olub - FOTO - VİDEO
Mənbə oxu.az