İdman

Dünya çempionatında günün oyunları: İspaniyanın duelindən Belçikanın sınağınadək

21 Jun 2026, 08:00 2 baxış
Dünya çempionatında günün oyunları: İspaniyanın duelindən Belçikanın sınağınadək
Dünya çempionatının yaşıl meydanlarında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin növbəti oyun günündə futbol həvəskarlarını bir-birindən gərgin və baxımlı mübarizələr gözləyir. H qrupunun ən diqqətçəkən duellərindən birində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azarkeşlərin maraqla gözlədiyi bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə düz saat 20:00-da veriləcək. Eyni qrupun digər görüşündə Uruqvay və Kabo-Verde milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu matç iyunun 22-də saat 02:00-da start götürəcək. G qrupundakı mübarizələrə gəlincə, iyunun 21-i gecə saat 23:00-da Belçika və İran yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər, iyunun 22-si saat 05:00-da isə Yeni Zelandiya və Misir millilərinin maraqlı qarşılaşması baş tutacaq. Dünya çempionatı II tur H qrupu 21 iyun 20:00. İspaniya - Səudiyyə Ərəbistanı 22 iyun 02:00. Uruqvay - Kabo-Verde G qrupu 21 iyun 23:00. Belçika - İran 22 iyun 05:00. Yeni Zelandiya - Misir. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər