İdman

Manuel Noyerdən tarixi rekord

21 Jun 2026, 01:12 1 baxış
Manuel Noyerdən tarixi rekord
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında keçirdiyi oyunların sayına görə qapıçılar arasında rekorda imza atıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d`İvuar millisinə qarşı keçirilən oyunda meydana çıxıb. Bu görüş Noyer üçün dünya çempionatlarındakı 21-ci matç olub. Bununla da o, daha əvvəl Uqo Lyorisa məxsus olan rekordu təkrarlayıb. 40 yaşlı qapıçı 2011-ci ildən "Bayern Munich" klubunun formasını geyinir. O, klubla birlikdə 13 dəfə Almaniya çempionu, 7 dəfə Almaniya Superkubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. Bundan əlavə, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi adını qazanıb. Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu ildə isə mundialın bürünc medalını qazanıb. Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər