İdman
"Qarabağ" "Zirə"ni məğlub etdi - FOTO
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərsun Arena"nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar. Matç Qurban Qurbanovun komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərindən Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade və Mehdi Mütəllimli fərqləniblər. Qonaqlarda isə George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov diqqət mərkəzinə düşüblər. Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, "Zirə" isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az