İdman

"Qarabağ"ın Avstriya toplanışında dəyişiklik: Yeni rəqib bilindi

20 Jun 2026, 16:24 11 baxış
"Qarabağ"ın Avstriya toplanışında dəyişiklik: Yeni rəqib bilindi
"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib. Bu barədə Oxu.Az-a Ağdam təmsilçisindən məlumat verilib. Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. "Köhlən-atlar" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG "Tirol" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq. Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq "Qarabağ" hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər