İdman

"Neftçi" braziliyalı yarımmüdafiəçi ilə gücləndi - FOTO

20 Jun 2026, 16:36 12 baxış
"Neftçi" braziliyalı yarımmüdafiəçi ilə gücləndi - FOTO
"Neftçi" klubu yeni transferini rəsmən açıqlayıb. Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, komandada 20 nömrəli forma ilə çıxış edəcək. Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman son olaraq "Santa Klara"nın formasını geyinib. Braziliyalı yarımmüdafiəçi bu klubun heyətində 74 oyunda meydana çıxaraq 3 qola və 7 məhsuldar ötürməyə imza atıb. Qeyd edək ki, futbolçu 2025-ci ildə isə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib.
{{gallery}}
"Neftçi" braziliyalı yarımmüdafiəçi ilə gücləndi - FOTO "Neftçi" braziliyalı yarımmüdafiəçi ilə gücləndi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər