İdman

Türkiyə millisindən DÇ-2026-da şok antirekord...

20 Jun 2026, 14:38 12 baxış
Türkiyə millisindən DÇ-2026-da şok antirekord...

Türkiyə milli komandası 2026-cı il dünya çempionatında misligörünməmiş antirekorda imza atıb.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, komanda turnirin ilk iki matçında rəqib qapısına ümumilikdə 62 zərbə endirsə də, bunlardan heç biri qolla nəticələnməyib.


Qrup mərhələsinin 1-ci turunda Avstraliyaya 0:2, 2-ci turunda isə Paraqvaya 0:1 hesabı ilə məğlub olan türklər, bu iki oyunun nəticəsinə əsasən, dünya çempionatı ilə vaxtından əvvəl vidalaşıblar. Türkiyə yığması üçüncü tur çərçivəsində ABŞ seçməsi ilə qarşılaşacaq.


Qeyd edək ki, DÇ-2026 Amerika Birləşmiş Ştatları, Meksika və Kanadanın ortaq ev sahibliyi ilə keçirilir. İyunun 11-də start götürən nüfuzlu turnir iyulun 19-da başa çatacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər