İdman

"Sportinq"in yetirməsi, "Portu"nun sabiq üzvü rəsmən "Sabah"da - FOTO

20 Jun 2026, 12:54 13 baxış
"Sportinq"in yetirməsi, "Portu"nun sabiq üzvü rəsmən "Sabah"da - FOTO
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, klub Portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fernandeşi transfer edib. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Fernandeş son olaraq "Şamaxı" klubunun formasını geyinib. "Sportinq" klubunun akademiyasının yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində Portuqaliyanın məşhur klubunun əsas və əvəzedici komandalarında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici heyətində də forma geyinib.
"Sportinq"in yetirməsi, "Portu"nun sabiq üzvü rəsmən "Sabah"da - FOTO "Sportinq"in yetirməsi, "Portu"nun sabiq üzvü rəsmən "Sabah"da - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər