İdman
Dünya çempionatında həlledici anlar: Niderland - İsveç, Almaniya - Kot-d'İvuar
Futbol üzrə dünya çempionatında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin bu turu çərçivəsində yaşıl meydanlar futbol azarkeşlərinə bir-birindən gərgin və maraqlı qarşılaşmalar vəd edir. F qrupunda günün ən çox diqqətçəkən duellərindən biri Niderland və İsveç yığmalarının qarşılaşması olacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Həmin qrupun digər görüşündə isə Tunis və Yaponiya milliləri qüvvələrini sınayacaqlar. Azarkeşlərin səbirsizliklə gözlədiyi bu oyun iyunun 21-də saat 08:00-da başlayacaq. E qrupunun mübarizəsinə gəldikdə, iyunun 21-də gecə saat 00:00-da Almaniya və Kot-d'İvuar milliləri meydana çıxacaqlar, saat 04:00-da isə Ekvador və Kürasao yığmalarının qarşılaşması baş tutacaq. Dünya çempionatı II tur F qrupu 20 iyun 21:00. Niderland - İsveç 21 iyun 08:00. Tunis - Yaponiya E qrupu 21 iyun 00:00. Almaniya - Kot-d'İvuar 04:00. Ekvador - Kürasao Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az