İdman
Olimpiya çempionu Hidayət Heydərov "Böyük Dəbilqə" turnirindən kənarda qaldı
2024-cü il Paris Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov növbəti dəfə çəki limiti ilə bağlı problemlə üzləşib. Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyəcək. Buna səbəb idmançının rəsmi çəkiölçmə mərhələsindən uğurla keçə bilməməsi olub. Nəticədə Hidayət Heydərov yarışdan kənarlaşdırılıb və tatamiyə çıxmaq hüququ qazanmayıb. Qeyd edək ki, bu, tanınmış cüdoçunun karyerasında ilk belə hadisə deyil. O, daha əvvəl Özbəkistanda keçirilən "Böyük Dəbilqə" turnirində də eyni səbəbdən yarışda iştirak edə bilməmişdi.
Mənbə
oxu.az