İdman
Futbol azarkeşlərinə ŞAD XƏBƏR: Ronaldinyo yaşıl meydanlara qayıdır
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yaşıl meydana qaydır. Oxu.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Mənbənin məlumatına görə, 46 yaşlı Ronaldinyo İtaliyanın Ç Seriyasında (üçüncü divizion) çıxış edən "Ravenna" klubu ilə müqavilə imzalayacaq. Müqavilənin imzalanması iyunun 23-də Mayamidə keçiriləcək təntənəli tədbirdə rəsmi şəkildə elan olunacaq. "Topla yenidən rəqs etmək imkanını səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və eyni ruhu "Ravenna"ya gətirmək istəyirəm", - deyə braziliyalı bildirib. Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə peşəkar səviyyədə meydana çıxıb. O, karyerası ərzində Braziliya millisi ilə dünya çempionu olub, həmçinin "Qızıl top" mükafatını qazanıb və "Barselona"nın heyətində UEFA Çempionlar Liqasının qalibi olub.
Mənbə
oxu.az