İdman

“Qarabağ”la oyunlarını ləğv etdilər - Səbəb

20 Jun 2026, 00:25 2 baxış
“Qarabağ”la oyunlarını ləğv etdilər - Səbəb

Bolqarıstanın SSKA klubu yay hazırlıq planında dəyişiklik edib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.


Buna səbəb komandaların UEFA Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır.


Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.


Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.


Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.


İyunun 27-si SSKA (Bolqarıstsn), iyulun 1-i isə “Metallist 1925” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər