Dünya
"Brent" markalı neft BAHALAŞDI
Dünya bazarında neftin bahalaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.11 dollar (0.14%) artaraq bir barel üçün 79.96 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 0.30 dollar (0.38%) artaraq bir barel üçün 79.85 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.37 dollar (0.45%) artaraq bir barel üçün 76.97 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 0.19 dollar (0.25%) ucuzlaşaraq bir barel üçün 76.6 dollara satılmışdı.
Mənbə
oxu.az