Dünya
Müctəba Xamenei İran xalqına müraciət etdi
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına icazə verdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. Xameneinin xalqa müraciətində deyilir: "Bu məsələdə mənim fərqli mövqeyim var idi. Lakin möhtərəm prezidentin Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri kimi həm öz adından, həm də Şuranın digər üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair üzərinə götürdüyü öhdəlikləri və bu məsuliyyəti qəbul etməsini nəzərə alaraq memorandumun imzalanmasına icazə verdim". O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp razılaşmanın əldə olunması üçün ümidsizliyə qapılaraq müxtəlif təzyiq vasitələrindən istifadə edib. Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.
Mənbə
oxu.az