Dünya
Buxarestin meri korrupsiyada şübhəli bilinir: İstintaqa çağırıldı
Rumıniya paytaxtı Buxarestin baş meri, Milli Liberal Partiyasının sədrinin birinci müavini Çiprian Çuku korrupsiya ittihamı üzrə Milli Antikorrupsiya İdarəsinə dindirilməyə çağırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb. Çiprian Çuku tikinti icazəsi qarşılığında pul almaqda ittiham olunur. İdarənin binasına daxil olarkən şəhər administrasiyasının rəhbəri jurnalistlərlə danışmaqdan imtina edib. "Agerpres" məhkəmə mənbələrinə istinadən bildirir ki, Çukuya korrupsiya işi üzrə şübhəli statusu verildiyi rəsmən bildirilib. İddialara əsasən, Çuku əvvəllər Buxarestin 6-cı rayonunun meri olarkən bir iş adamına pul qarşılığında tikinti icazəsi verməkdə şübhəli bilinir. Bunun vəsaiti isə o, 2025-ci ildə paytaxt meri seçkiləri üçün öz təbliğat kampaniyasını maliyyələşdirmək məqsədilə sərf edib.
Mənbə
oxu.az