İqtisadiyyat
Ərzaq idxalı artımının qarşısı necə alınmalıdır?
Pərviz Heydərov yazır... Cari ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510 milyon 700 min manatlıq mal satılıb ki, bunun da 12 milyard 978 milyon 200 min manatını ərzaq məhsulları təşkil edib. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8%, o cümlədən ərzaq məhsulları 1.5% artıb. Ümumiyyətlə, 2026-cı ilin yanvar-may aylarında əhali tərəfindən pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənilən vəsaitin həmişə olduğu kimi, təqribən 51%-ni ərzaq məhsullarına sərf olunan vəsait təşkil edir. Belə ki, ölkəmizdə əhali vəsaitini ən çox ərzağa xərcləyib və xərcləməkdə də davam edir. Başqa sözlə, istehlak xərclərinin yarıdan çoxunu birbaşa olaraq məhz market və mağazalardakı qida alış-verişi təşkil edib və edir. Bunun yaxşı hal olub, olmadığı başqa bir mövzudur. İş ondadır ki, bu faktorun özü əslində, ölkədə ərzaq və qida sənayesinin, ümumiyyətlə kənd təsərrüfatı istehsalının artması və genişlənməsi üçün əlavə bir təsiredici rola, həmçinin təkanverici imkana sahib olmalıdır. O səbəbdən ki, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfərinə orta hesabla ayda 496,9 manatlıq vəsait xərcinin 275.7 manat hissəsinin sırf ərzaq məhsullarının alınması payına düşməsi ciddi rəqəmdir.
Ancaq bu, yerli qida məhsulları sektorunun inkişafına, bütövlükdə ərzaq istehsalı və tədarükü sahəsində hər hansı təsiredici və hərəkətverici qüvvəyə sahibdir, yoxsa sahib deyil, xüsusi diqqət tələb edir. Əhalinin öz vəsaitlərinin çox hissəsini ərzağa xərcləməsi qeyd olunan istiqamətdə müsbət rolda çıxış edə bilirmi? Xeyr. Ümumiyyətlə, ölkədə əhali pulunu daha çox ərzağa xərclədikcə bu sahədə yerli istehsal və tədarük deyil, idxal artır. Cari ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub ki, 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar təşkil edirdi. Son bir ildə ölkəyə yeyinti məhsulları idxalı 66 milyon 687.7 min dollar və ya 6.3% artıb. Bundan əlavə, 2025-ci ilin ilk beş ayında yeyinti məhsullarının ümumi idxalda payı 10.68% təşkil edirdisə, cari ilin eyni dövründə 16.58%-ə yüksəlib. Halbuki, qeyd olunan dövr ərzində ümumi idxal 31.6% azalıb. Bir sözlə, əhali daha çox qida məhsulları aldıqca bu sahədə yerli istehsal və tədarük deyil, idxal stimullaşır. Ölkəyə ümumi idxalın 31.6% pay şəklində azaldığı halda, yeyinti üzrə artması ərzaq məhsullarına daxili tələbatın sabit qaldığını və bəzi məhsullar üzrə hətta artdığını göstərir. Odur ki, sözügedən tendensiya tezliklə aradan qalxmağı tələb edir. Ancaq sual olunur ki, necə, hansı yolla və bundan ötrü nə etmək lazımdır? Əvvəla, yeyinti məhsulları üzrə daxili bazarı idxaldan inzibati yolla qorumaq qeyri-mümkündür. Xarici istehsala məxsus ərzaq məhsullarını daxili bazardan yalnız yerli istehsal məhsulları sıxışdırıb çıxarda bilər ki, bu da yerli istehsala məxsus ərzaq məhsullarımızın ixrac qabiliyyətli olmasını tələb etməkdədir. Yüksəkkeyfiyyətli, həmçinin xarici analoqları ilə müqayisədə ucuz və bol çeşiddə... İkincisi, "tədarükçü - istehsalçı - logistika - satıcı -alıcı" zəncirində heç bir halqa üzrə problem və çatışmazlıqlar yaşanmamalıdır. Məsələn, Qəbələ rayonunda bir ictimai-iaşə obyekti var, 1990-cı illərin əvvəlində yaradılıb. Həmin illərdə çox sadə - heç bir bərbəzəyi olmayan obyekt idi. 1990-cı illərin ortalarında yay mövsümündə adıçəkilən rayonun kəndinə istirahətə gedərkən həyətində meyvə-tərəvəzi olan demək olar əksər kənd sakinlərinin gecə-gündüz müxtəlif konserv banka və balonları bağlamaq işi ilə məşğul olduqlarını - turşular, mürəbbələr və kompotlar hazırladıqlarını müşahidə edirdim. Soruşurdum və bəlli olurdu ki, ictimai-iaşə obyektləri həmin məhsulları onlardan satın alırlar. Nəticədə də neçə-neçə ev təsərrüfatlarına pul gəlirdi, məşğulluq yaranırdı və sair. O zaman, ölkəyə heç turist axını da yox idi. Həmin illərdə düşünürdüm ki, əgər adi ictimai-iaşə xidmət obyektləri camaatda stimul yaradırsa, məşğulluğa yol aça bilirlərsə gör, tezliklə iri meyvə-tərəvəz emalı konservi zavodları yarandıqdan sonra vəziyyət necə olacaq? Və vaxt gəldi qeyd etdiyim həmin müəssisə və zavodlar fəaliyyətə başladı. Ancaq, vəziyyət əksinə doğru dəyişdi. Kənd sakinlərinin, ev təsərrüfatı ilə məşğul olanların əlləri işdən soyudu. Çünki həmin meyvə-tərəvəz emalı konservi zavodları yerli məhsullardan ibarət deyil, xarici xammalla işləməyə başladılar. İstehsalçı ilə kəndli, başqa sözlə, tədarükçü ilə emalçı arasında halqa qırıldı. Hesab edirəm, yeyinti məhsulları sarıdan ölkənin daxili bazarı ilkin olaraq məhz belə olub idxalın təsiri və təzyiqi altına düşdü. Odur ki, fikrimcə, sözügedən tendensiyanı tezliklə aradan qaldırmağın daha bir, yəni üçüncü yolu həm də yerli ərzaq və qida məhsulları istehsalı-emalı sektorunda xarici xammal komponentlərindən istifadəni tədricən birdəfəlik olaraq aradan qaldırmaqdan keçir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər