İqtisadiyyat

Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI

28 Sep 2026, 09:36 1 baxış
Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI
Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısında dəyişiklik olunub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqulara güzəşt tətbiq ediləcək. Kombaynlar real vaxt rejimində məkan məlumatlarının izlənilməsi üçün GPS monitorinq və məhsul yığımının izlənilməsi sistemləri ilə təchiz olunmalıdır. Həmçinin həcmi 500 kubmetrdən artıq olmayan kəsmə gül üçün soyuducu anbar dəstlərinə də güzəşt tətbiq ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər