Digər

Bu strategiya müharibədə imkanları məhdudlaşdıra bilər

15 Jun 2026, 09:30 3 baxış
Bu strategiya müharibədə imkanları məhdudlaşdıra bilər

Orta və kiçik ölkələr üçün ordularını modernləşdirmək və adekvat döyüş hazırlığını saxlamaqda böyük dövlətlərlə ayaqlaşmaq getdikcə çətinləşir. Bunu nəzərə alaraq, onlar hərbi paritet strategiyasına deyil, təcavüzün qarşısının alınması strategiyasına diqqət yetirməlidir.


Axar.az xəbər verir ki, bu barədə London Kral Kollecinin saytında dərc edilmiş doktor Vinisius Mariano de Karvalyo və Cekson Şnayderin analitik məqaləsində deyilib.


"Bir çox kiçik və orta dövlətlər bahalı döyüş təyyarələri, böyük döyüş gəmiləri və digər nüfuzlu silah sistemləri əldə edərək, böyük dövlətlər modeli əsasında silahlı qüvvələrini qurmağa davam edir. Lakin belə strategiya çox vaxt bu ölkələrin maliyyə imkanlarına və real ehtiyaclarına uyğun gəlmir. Müasir müharibə PUA-ların inkişafı, rəqəmsal texnologiyalar, ikili təyinatlı mülki infrastruktur və yeni hərbi həllərin mövcudluğu səbəbindən əhəmiyyətli dərəcədə dəyişir. Belə bir şəraitdə ölkələrin daha güclü ordularla paritet əldə etməyə çalışmaması, əksinə onlara hücumun təcavüzkar üçün çox çətin və baha başa gələcəyi şərait yaratmaq daha sərfəlidir. Tayvan, Ukrayna və Finlandiya bu gün bu yanaşmaya misaldır.


Fərqli geosiyasi şərtlərə baxmayaraq, onların hamısı müdafiəyə, ictimai dayanıqlığa və təcavüzkarı uzun müddət ərzində tükəndirmək qabiliyyətinə arxalanır. Amma “qarşısını almaq” ilə müdafiə universal həll yolu deyil. Ölkələr iqtisadi blokadalar, döyüş sursatı və ya texnoloji komponentlərin təchizatı ilə bağlı problemlər qarşısında həssas olaraq qala bilər. Üstəlik, həddindən artıq müdafiə strategiyası döyüş meydanında təşəbbüsü ələ keçirmək imkanını məhdudlaşdıra bilər", - məqalədə qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər