Digər
Tramp da tarixi razılaşmanı elan etdi
İranla razılaşma artıq tamamlandı. Hamını təbrik edirəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Bununla mən Hörmüz boğazının maneəsiz şəkildə açılmasına tam icazə verir və eyni zamanda ABŞ-ın hərbi-dəniz blokadasının dərhal ləğv olunmasını təsdiqləyirəm. Dünya ölkələrinin gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axmağa davam etsin”, - Tramp yazıb.
Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif də İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.
Mənbə
axar.az