Digər
Trampla razılaşdıq, yaxın vaxtda görüşəcəyik - Zelenski
ABŞ Prezidenti Donald Trampla yaxın günlərdə görüş barədə razılıq əldə etdik.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski paylaşım edib.
“Biz onunla görüşümüz barədə razılığa gəldik. Yaxın günlərdə Avropada G7 formatında tədbirlər keçiriləcək”, - Zelenski bildirib.
Zelenski görüşün dəqiq tarixi və gündəliyi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, iki lider arasında ötən gün telefon danışığı baş tutub.
Mənbə
axar.az