Digər
İran imtina etdi: ABŞ-la danışıqlar olmayacaq
Tehran ABŞ-la danışıqlar aparmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir bildirib.
“İsrail və ABŞ arasında rol paylaşımının təkrarlanması qəbuledilməz bir təcrübədir. Eyni zamanda nə Amerika diplomatiyasının, nə də İsrailin hərəkətlərinə heç bir inam və ya etimad yoxdur. İran Livana qarşı hər hansı bir təhdidə sərt cavab verəcək", - o vurğulayıb.
Qeyd edək ki, bu gün ABŞ-la İran arasında yekun razılaşmanın imzalanması gözlənilirdi, lakin İsrailin Livana zərbələri İranı geri addım atmağa məcbur edib.
Mənbə
axar.az