Dünya

Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb

12 Jun 2026, 02:36 32 baxış
Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb
İyunun 11-də Ukraynada ilk dəfə olaraq həkimlər tibbi çətənə (kannabis) əsaslı preparatlara rəsmi elektron reseptlər yazıblar. Oxu.Az bu barədə "Ukrinform" agentliyinə istinadən xəbər verir. Reseptlər Vinnitsa Vilayət Klinik Psixonevroloji Xəstəxanasının nevroloqları tərəfindən verilib. Preparatları, xüsusilə, dağınıq sklerozdan əziyyət çəkən bir qadın pasiyent və xroniki ağrı sindromu olan iki veteran əldə edib. Həkimlərin sözlərinə görə, söhbət ağrıların azaldılması, təşviş və stresin yüngülləşdirilməsi, həmçinin bəzi nevroloji xəstəliklərin müalicəsi üçün istifadə olunan kannabidiol əsaslı preparatlardan gedir. Qeyd olunur ki, bu preparatlar həm beynəlxalq, həm də Ukraynanın müalicə protokollarına daxil edilib və eyforiya yaratmır, həmçinin asılılığa səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, kannabidiol güclü iltihabəleyhinə və analgetik təsirə malik olduğundan xroniki və əzələ ağrılarının azaldılmasında istifadə olunur. Bundan əlavə, preparat epilepsiyanın ağır formalarının müalicəsində, xüsusilə də uşaqlarda tətbiq edilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər