Dünya
"Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı
"Qiyamət günü" radiostansiyası kimi tanınan "UVB-76" yenidən sirli mesaj yayımlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə radiostansiyanın yayımlarını izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib. Şifrəli mesaj Bakı vaxtı ilə saat 11:56-da efirə verilib. Mesajda "şarfotol" sözü səsləndirilib. Qeyd edək ki, bu, "UVB-76"nın həmin məzmunlu ilk yayımı deyil. "Şarfotol" sözü ilk dəfə təxminən beş il əvvəl - 2021-ci il avqustun 18-də radiostansiyanın efirində səsləndirilib. Sirli yayımları ilə tanınan "UVB-76" radiostansiyasının ötürdüyü mesajların mənası indiyədək rəsmi şəkildə açıqlanmayıb və bu səbəbdən onlar müxtəlif fərziyyələrin mövzusu olaraq qalır.
Mənbə
oxu.az