Dünya

Pentaqon UNO-larla bağlı nəyi gizlədir? - Keçmiş kəşfiyyat zabiti açıqladı

11 Jun 2026, 17:44 25 baxış
Pentaqon UNO-larla bağlı nəyi gizlədir? - Keçmiş kəşfiyyat zabiti açıqladı
ABŞ Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyat zabiti Devid Qruş xüsusi xidmət orqanlarını məxfi hökumət proqramlarına ayrılan milyardlarla dolları Konqresdən gizlətməkdə günahlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Bildirilib ki, o, qanunvericilərin nəzarətindən kənarda fəaliyyət göstərən və "qara fondlar" vasitəsilə maliyyələşən fəaliyyətlərin mövcudluğunu bəyan edib. Qruş Hərb Nazirliyinin Kəşfiyyat İdarəsini Konqresin işinə mane olmaqda və tələb olunan sənədləri təqdim etməməkdə təqsirləndirib. Keçmiş kəşfiyyatçı məxfiliyin ləğv edilməsi məqsədilə həmin materiallara giriş imkanının yaradılmasını tələb edib. Pentaqon yerdənkənar texnologiyalar və məxfi proqramlarla bağlı təsdiqlənmiş sübutların olmasını inkar edir. Lakin Qruş iddia edir ki, hökumət bir neçə yadplanetli növü barədə məlumata malikdir. Hər iki partiyanı təmsil edən qanunvericilər aidiyyəti qurumları məlumatların açıqlanmasına əngəl törətməkdə günahlandıraraq şəffaflıq tələb ediblər. Onlar prezident Trampı şahidlərə toxunulmazlıq verməyə və məxfi sənədləri ictimaiyyətə açıqlamağa çağırıblar. Eyni zamanda, Qruş digər şahidlərin təhdidlərə görə ifadə verməkdən qorxduqlarını da diqqətə çatdırıb. Qeyd edək ki, sabiq zabit Pentaqonda rəsmi olaraq ufoloq vəzifəsində çalışıb, yəni uçan naməlum obyektləri (UNO) və yadplanetliləri axtarmaq məqsədilə maaş alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər