Dünya
Konqoda Eboladan ölənlərin sayı 127 nəfərə çatdı
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 635-ə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Rocer Kamba sosial şəbəkə hesabında məlumat verib. Rəsmi açıqlamaya görə, ölkədə sözügedən yoluxucu xəstəlikdən təsdiqlənmiş ölüm hallarının sayı 127-yə çatıb. Qeyd olunur ki, qonşu Uqandada Ebola virusuna 19 təsdiqlənmiş yoluxma və iki ölüm faktı qeydə alınıb.
Mənbə
oxu.az