Dünya
Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarət altına alıb. Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətində Oxrimovka və Donetsk vilayətində Roskoşnoye yaşayış məntəqələrini nəzarətə götürüblər.
Mənbə
oxu.az