Digər

ABŞ Oman körfəzində neft tankerini vurdu - Video

10 Jun 2026, 21:36 28 baxış
ABŞ Oman körfəzində neft tankerini vurdu - Video

ABŞ ordusu Oman körfəzində Palau bayrağı altında üzən "Settebello" neft tankerini zərərsizləşdirib.


Axar.az xəbər verir ki, ABŞ hakimiyyət orqanlarının məlumatına görə, gəmi İran nefti daşıyırdı.


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tankeri İranın dəniz blokadasını pozmaqda ittiham edib.


“Anı” agentliyinin məlumatına görə, Hindistan hakimiyyəti hücumu pisləyib. Gəmidə 24 Hindistan vətəndaşı olub.


CENTCOM sosial mediada verdiyi açıqlamada bildirib ki, ABŞ hərbi təyyarəsi ekipajın hərbi əmrləri dəfələrlə pozmasından sonra gəminin mühərrik otağına dəqiq idarə olunan sursatlar atıb.


Hücum 9 iyunda baş verib. 21 Hindistan vətəndaşı xilas edilib. Üç nəfər itkin düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər